Sağlamlıq
Uşaq ölümü halları azalıb
İnkişaf etməkdə olan ölkələrdə uşaq ölümü halları azalıb.
Publika.az xəbər verir ki, bu barədə BMT-nin demoqrafiya ilə bağlı keçirdiyi sorğunun nəticələri ilə bağlı yaydığı hesabatında bildirilir.
Hesabatda qeyd edilir ki, əgər 1990-cı ildə 5 yaşından aşağı 12.7 milyon uşaq ölürdüsə, 2013-cü ildə bu göstərici 6.3 milyona enib. Bu isə gündə 17 min uşağın həyatını itirməsi deməkdir.
Stanford Universitetinin əhali sağlamlığı üzrə eksperti Eran Bendavidin dediyinə görə, orta və aşağı gəlirli ölkələrdə malyariya xəstəliyi və izahalın müalicəsi ilə vəziyyət dəyişib.
O, 54 ölkədə keçirilən demoqrafiya və səhiyyə sorğularına rəhbərlik edib. Sorğular 929 min ailədən 1.2 milyon qadın arasında keçirilib.
Bunun nəticəsi olaraq yoxsul ailələrdə doğulan 1000 körpədən 4.3, orta gəlirli ailələrdə 3.36, zəngin ailələrdə isə 2.06 faiz uşağın dünyasını dəyişdiyi məlum olub.
Korrupsiya və qanunsuzluq yaşanan ölkələrdə isə uşaqlar arasında ölüm hallarının yüksəldiyi qeydə alınıb.
Eran Bendavidin dediyinə görə, Boko Haramın olduğu Nigeriyada, yardım işçilərinin hücumlara məruz qaldığı Pakistanda insanlar ən adi tibbi xidmətlərdən məhrumdurlar.
İnkişaflar qeydə alınan ölkələr arasında Banqladeş, Boliviya, Fil Dişi Sahili, Misir və Qana yer alır.
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək