Sağlamlıq
Bu tərəvəzin suyu həm kişilər, həm də qadınlar üçün faydalıdır
Pomidor bişirilən zaman K vitamini və likopenin (karotenoid piqmenti, antioksidant) bioaktivliyi artır. Nəticədə məhsul immun sistemini gücləndirməyə kömək edir, mədə-bağırsaq traktının fəaliyyətini, dərinin elastikliyini və görmə qabiliyyətini dəstəkləyir, antioksidant təsir göstərir, osteoporozun, qan laxtalanmasının qarşısını alır və qanda "yaxşı" xolesterinin miqdarını artırır.
Publika.az xəbər verir ki, bu sözləri diyetoloq Kseniya Uvarovskaya deyib.
Ekspertin sözlərinə görə, pomidor şirəsi likopen sayəsində kişilərin sağlamlığını da yaxşılaşdırır, çünki o, prostatit, kişi sonsuzluğu və prostat xərçənginin qarşısını alır, qadınlarda isə reproduktiv sağlamlığı dəstəkləyir, mastopatiya və uşaqlıq boynu xərçənginin inkişaf riskini azaldır.
Kseniya Uvarovskaya qeyd edib ki, pomidor şirəsini pəhrizinizə daxil etməzdən əvvəl onun istifadəsinə dair heç bir əks göstəriş və ya məhdudiyyət olmadığından əmin olmalısınız. Buraya müxtəlif mədə-bağırsaq xəstəlikləri, otoimmün xəstəliklər, urolitiyaz, xroniki böyrək disfunksiyası, qut daxildir. Əgər sizdə bu xəstəliklər varsa, məhsuldan istifadə etməyin məqsədəuyğunluğu barədə həkiminizlə məsləhətləşməlisiniz. Sağlam bir insan üçün gündəlik pomidor şirəsinin norması 200-250 ml-dir. Rasionun faydalı olması üçün zülallara, yağlara, kompleks karbohidratlara və liflərə də diqqət yetirməlisiniz.
"Əgər siz qəlyanaltı kimi pomidor suyu içməyi sevirsinizsə, yanında sarımsaq, dana ciyəri, aysberq/rukkola və xiyar və ya bir ovuc qoz-fındıq ilə tam taxıllı tost da yeməlisiniz. Acqarına pomidor suyu içmək tövsiyə olunmur. Bu, həzm problemlərinə və həddindən artıq turşuluğa səbəb ola bilər. Məhsulun faydalı xüsusiyyətlərini yağlarla, xüsusən zeytun yağı, kətan toxumu və qoz-fındıq, həmçinin sarımsaq ilə birləşdirərək yaxşılaşdıra bilərsiniz.
İçkinin tərkibində yalnız pomidor olmalıdır, duz əlavə edilməsinə icazə verilir, lakin nişasta, şəkər və ya konservantlar olmamalıdır. Bədəni qidalandıran və müalicəvi təsir göstərən yerkökü, balqabaq, çuğundur və digər şirələr və smuziləri də unutmayın", - ekspert yekunda vurğulayıb.
Aytən
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI
-
Sosial13:32Bu gündən satışı qadağan edilir - 5 min manatadək cərimə olunacaqsınız
-
Dünya12:43Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur
-
Ekologiya11:57Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Rəsmi xronika11:26Prezident general-qubernatoru təbrik etdi
-
İdman11:18Məşhur futbolçunun özündən 5 yaş böyük həyat yoldaşı: Ona pula görə seçməyib - FOTOLAR











.jpg)



_(1).jpg)






















