Sağlamlıq
1.2 milyard insanı məhv edəcək silah - Dəhşətli faktlar
Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatına görə, hazırda dünyada 1.2 milyard insan siqaret çəkir.Bəs bu qədər insan siqaretin zərərlərindən xəbərsizdirmi? Əlbəttə ki, yox...
Siqaretin ən ağır zərəri ağciyərlərə vurduğu zərbədir. Belə ki, agciyər xərçəngindən əziyyət çəkənlərin 80%-i siqaret istifadəçiləridir (Müalicə olunmadıqda ağciyər şişindən ölüm 85%-dir).
Tütünün tərkibində olan karbonmonooksid, nikotin, qətran kimi maddələr ağciyər xərçəngi başda olmaqla, tənəffüs sistemi xəstəlikləri, xroniki bronxit, emfizema kimi xəstəliklərə yol açır. Ağciyərlərin təbii müdafiə sistemi pozulur, infeksiyalar asanlıqla tənəffüs yoluna daxil olur.
Siqaretin tərkibindəki karbonmonoksid qandakı oksigeni yox edərək, damarlarda xolesterolun depolanmasına yoç açır ki, bu da infarkt riskini artırır. Qida borusu, mədədə xora, bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olur. Sidik kisəsi şişləri də siqaret çəkənlərdə daha çox görülür.
Siqaret əl və ayaq damarlarında müxtəlif xəstəliklərə səbəb olur. Ağız qoxusu, diş əti xəstəlikləri, dişlərin tökülməsi, dad hissiyatının zəifləməsi və itməsi problemləri yaranır.
Beyin hüceyrələrinin ölümünə, yaddaşın zəifləməsinə, qoxu hissinin azalmasına, yaşa dolduqda isə Alzaymer xəstəliyinə gətirib çıxarır.
Psixoloji problemlər, stress, yuxusuzluq, gözlərdə katarakt və ya korluq əmələ gəlir. Xroniki baş ağrıları olur. Kişilərdə sonsuzluq ortaya çıxır. Hamilə qadınların siqaret çəkməsi körpənin çəki azlığı və zəka geriliyi ilə dünyaya gəlməsinə səbəb olur.
Siqaret çəkən qadınları uşaqlıq, yumurtalıq xəstəlikləri, xərçəng, sonsuzluq kimi təhlükələr gözləyir. Orqanizmin insulin hazırlama qabiliyyətini azalaraq şəkər xəstəliyinə gətirib çıxarır. Dərinin erkən qırışması da siqaretin fəsadlarındadır.
Siqaret çəkən şəxslərin yaraları gec sağalır.Bəzən əməliyyatdan sonra yaraların sağalmaması halları da baş verir.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"