Ağ ciyərləri qoruyan çay
Bizi izləyin

Sağlamlıq

Ağ ciyərləri qoruyan çay

Orqanizmin sağlam olması üçün düzgün nəfəs alıb-vermək çox önəmlidir. Ona görə də ağciyərlərdə yaranan problemlər orqanizmin sağlamlığını təhlükə altında qoyur.

Publika.az tibbi portallara istinadən xəbər verir ki, tənəffüs prosesi zamanı aldığımız hava qana keçir və qandan karbondioksidi xaric edir. Öskürək, xırıltı, bronxit kimi problemlər nəfəs almağı çətinləşdirir.

Ancaq bütün problemlərdən ağciyərləri və tənəffüs yollarını qoruyan kirpi otu (ekineziya) bitkisi sayəsində xilas ola bilərsiniz. Çünki bu bitkinin tərkibindəki maddələr ağciyərlərdə yaranan mikrobları yox edir. Kirpi otunun tərkibindəki polisakkarit və “alkylamides” adlı maddələr ağciyərlərdə yaranan digər problemlərin də qarşısını alır.

Gündə iki dəfə, səhər və axşam olmaqla ekinezya çayı içmək qripdən və soyuqlamadan qorunmağa da kömək edir.

Kirpi otu immunitet sistemini gücləndirir. Bu da bütün xəstəliklərə qarşı müqaviməti artırır. Öskürək, xırıltı və bəlğəmdən xilas olmaq üçün gündə 1 stəkan kirpi otu çayı içmək məsləhət görülür.

Bu çayı hazırlamaq çox asandır. Kirpi otunu apteklərdə tapmaq mümkündür. Qurudulmuş kirpi otundan 1 çay qaşığı götürüb içi qaynar su ilə doldurulmuş stəkana tökün. Stəkanın ağzını nəlbəki ilə örtün. 5 dəqiqə sonra çayınızı içə bilərsiniz.

LƏMAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm