Səhiyyə
Əhliman Əmiraslanov: "Artıq “Psixoloji yardım haqqında” qanun layihəsi hazırdır"
Milli Məclisinin Səhiyyə Komitəsinin 2017-ci ilin yaz sessiyası üçün İş Planı təsdiqlənib.
Publika.az xəbər verir ki, bu barədə Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında məlumat verilib.
İclasda bildirilib ki, Səhiyyə Komitəsi 2016-cı ilin payız sessiyasında səmərəli fəaliyyət göstərib.
İclasda komitənin İş Planı təsdiqlənib. İş Planına Azərbaycan Prezidetinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, “Psixoloji yardım haqqında”, “Reproduktiv sağamlıq haqqında” qanun layihələri, gözün buynuz qişasının transplantasiyası ilə bağlın müvafiq qanunverici aktlara dəyişikliklərin edilməsi, optika xidmətinin yaxşılaşdırılması ilə bağlı müvafiq qanunverici aktlara dəyişikliklərin edilməsi, “Pasiyentin hüquqlarının qorunması haqqında” qanun layihəsinin hazırlanmasına dair dinləmə, komitəyə daxil olan qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması, komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təhlili və ümumiləşdirilməsi, vətəndaşların qəbulunun və daxil olan ərizə və şikayətlərlə işin təşkili və 2016-cı ilin payız sessiyası dövründə görülən işlər barədə komitənin hesabatının hazırlanması daxildir.
Komitə sədri Əhliman Əmiraslanov deyib ki, artıq “Psixoloji yardım haqqında” qanun layihəsi hazırdır:
“Yaxın vaxtlarda müzakirəyə çıxarılacaq”.
Vasif Həsənli
-
Magazin221:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov