Tibb Universitetində uşaqların tədrisə hazırlığı mövzusunda tədbir keçirilib
Bizi izləyin

Səhiyyə

Tibb Universitetində uşaqların tədrisə hazırlığı mövzusunda tədbir keçirilib

Bu gün Tibb Universitetinin Tədris Terapevtik Klinikasında uşaqların tədrisə hazırlığı mövzusunda tədbir keçirilib. Publika.az xəbər verir ki, tədbirdə uşaq və yeniyetmələrin düzgün gigiyenası ilə bağlı bir sıra mövzulara toxunulub.

Tədbirdə çıxış edən baş pediatr Nəsib Quliyev bildirib ki, səhiyyə sisteminin inkişaf etməsi nəticəsində artıq doğum zamanı uşaq ölümlərinin sayı azalıb:

"Uşaqların müəyyən travmalarla doğulmasının, müxtəlif xəstəliklərə yoluxma risklərinin (Polimerit, qızılca, qızılca məxmərək, susçiçəyi) qarşısı alınıb. Bu gün bu xəstəliklər Azərbaycanda 20 ildən çoxdur ki, müşahidə olunur. Lakin 2008-ci ildən bu günə qədər qızılca xəstəliyinin epidemiyası müşahidə olunmayıb. 2013-cü ildə bir dönəm bu epidemiya yenidən qalxdı və Səhiyyə Nazirliyi tərəfindən vaksinasiya nəticəsində epidemiyanın qarşısı alındı. 2015-ci ildə Ümumudünya Səhiyyə Təşkilatı tərəfindən qızılca və qızılca məxmərək üçün vaksinasiya əldə olunub. Lakin bircə qalıb suçiçəyi. Onun vaksinasiyası bu gün tədbiq olunmadığı üçün 3-4 ildən bir bu epidemiyanın geniş yayılması müşahidə olunur. Sonuncu alovlanma keçən il və bu ilin əvvəlləri müşahidə edilib. Bu xəstəlikdə olan uşaqlarla təmas zamanı epidemiya yayılır. Bunun qarşısının alınması üçün valideynlər diqqətli olmalıdır. Lazımı vaksinləri vurmalıdır. Uşaqların bu xəstəliyə yoluxmaları orqanizmin həssas dönəmlərinə təsadüf etməsi ilə əlaqədardır".

Universitetin Əmək gigiyenası, Uşaq və yeniyetmələr gigiyenası kafedrasının müdiri qeyd edib ki, uşaqların immun sisteminin yaxşılaşdırılması üçün valideynlər mütləq onların səhər qidalanmasına fikir verməlidirlər:

"Fəstfud qidalara, bizim dilimizlə desək, çörəkarası qidalara üstünlük verilməməlidir. Sağlam qida rasionuna həm evdə, həm də təhsil müəssislərində diqqət edilməlidir. İkinci ən ciddi problem valideynlərin uşaqları həddindən artıq qalın geyindirmələridir. Bu uşaqlar üçün çox zərərlidir. Bu birbaşa geyim gigiyenasını pozur. Uşaqlar tərləyir və dəriləri zərər görür. Üçüncü və ən ciddi problemlərdən biri isə uşaqların daşıya bilməyəcəyi ağır çantalardır. Dərs ləvazimatlarından əlavə çantaların da özünün ağırlığı uşaqlar üçün ciddi qamət pozuntusuna gətirib çıxarır. Skaliroz və bu kimi onurğa problemlərinin əsası məhz bu mərhələdən başlayır. Bildiyimiz kimi əvvəllər təhsil müəssisələrində oturacaqlar standartlara o qədər də uyğun olmadığı üçün bu da uşaqların fiziki inkişafına mənfi təsir edirdi. Oturacaqda şagirdlərin düzgün şəkildə oturmasına diqqət etmək vacibdir. Yaxşı olar ki, dərs vəsaitləri 2 yerə bölünsün. Və seçilən çantalara diqqət yetirilsin. Kəmərləri nazik olan çantalar əlverişli hesab olunmur. Yaxşı olar ki kəməri (çiyinə taxılan hissəsi) enli olsun və qətiyyən yandan asma çantalar alınmasın. Hər iki çiyinə bərabər şəkildə paylanan ağırlıq qamətin düzgün qalmasına kömək edir".

Uşaq və yeniyetmələrin qidalanması və kommunal qidalanma kafedrasının müdiri İbrahim Əhmədov qeyd edib ki, texnologiya əsrində uşaqlar dəftər-kitabdan çox kompyuter və telefonlara maraqlı olur:

"Tədris sisteminin yükü kifayət qədər gərgindir. Uşaqların zehni fəaliyyətinin düzgün inkişaf etməsi üçün ilk növbədə səhər qidalanması, gün boyu normal yuxu rejimi, 4-5 saat normal istirahət vaxtına riayət edilməlidir. Tədris ilinə yeni başlayan uşaqlar üçün birdən-birə bu rejim onların tez yorulmasına səbəb olur. Uşaqları məktəbdən sonra hansısa dərnəyə aparılması da onlara ziyandır. Çünki saatlarla oturaq vəziyyətdə qalmaq orqanizmə pis təsir edir. Uşaqların yeni həyata adaptasiya prosesindən söhbət gedir. Tətildən qayıdan uşaq adət etdiyi ev şəraitindən tədris müəssisəsinə keçid zamanı həvəssiz olur.

Uşaqların sinir və immun sisteminin möhkəmləndirilməsi meyvələr və təzə sıxılmış meyvə şirələri ilə tənzimlənməlidir. Bununla bağlı Təhsil Nazirliyi də məktəblərdə mərkəzləşdirilmiş qidlanma sisteminə nəzarət formalaşdırmalıdır".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm