Səhiyyə
Bu il 390 nəfər İİV-ə yoluxub
Bu ilin 9 ayı ərzində 390 nəfər Azərbaycanda İİV-ə yoluxub. Onlardan 385-i (97,7%) Azərbaycan vətəndaşı, 5-i (2,3%) isə əcnəbilərdir.
Publika.az-ın xəbərinə görə, bu məlumat cari ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən bu il oktyabrın 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6575 nəfər qeydiyyata götürülüb. Onlardan 6364-ü (96,7%) Azərbaycan vətəndaşı, 211-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4817-i (73,7%) kişi, 1758-i (26,3%) qadındır.
İİV-ə yoluxması təsdiq olunmuş 6575 nəfərdən 3029-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib.Onlardan 2230(74,2%) nəfər dispanser qeydiyyatındadır. Bu il oktyabrın 1-dək 4024 nəfər İİV-li xəstə ART-yə cəlb olunub. Onların da 1760 nəfəri İNİ olub. Bu ilin 9 ay ərzində isə ART-yə cəlb olunan 486 pasiyentdən 106 nəfərində İNİ aşkar edilib.
Narkotiklə mübarizə tədbirləri nəticəsində 1955 nəfər cinayət məsuliyyətinə cəlb edilib ki, onlardan 4-ü 18 yaşadək, 154-ü 18-25 yaşadək, 281-i 26-29 yaşadək, 1516-ı 30 yaşdan yuxarı, o cümlədən 21-i fəhlə, 7-i qulluqçu, vəzifəli və ya maddi məsul şəxs, 1- i nəqilyyat işçisi, 1726-ı işləməyənlər, 764-ü təkrar cinayət törətmiş şəxslər, 1926-ı kişilər, 29-u qadınlar, 36 nəfəri isə xarici ölkə vətəndaşları olub. Onlardan da ümumilikdə 112 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb.
-
Magazin221:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov