Açıq satılan turşular öldürə bilər - DİQQƏTLİ OLUN! - - VİDEO
Bizi izləyin

Səhiyyə

Açıq satılan turşular öldürə bilər - DİQQƏTLİ OLUN! - - VİDEO

Ev şəraitində turşu hazırlayanlar bir çox hallarda standartlardan xəbərsiz olurlar. Və nəticədə isə elə bu halda bazara çıxarılan turşuların əksəriyyəti lazımi analizlərdən keçmədiyindən zəhərlənmələrə və digər həyati təhlükələrə gətirib çıxara bilir.

Publika.az xezerxeber.az-a istinadən bildirir ki, ev şəraitində hazırlanan turşular yoxlamadan keçirilmədən bazarlarda satışa çıxarılır. Satıcılar məhsulların yoxlamadan keçdiyini desələr də, sənəd təqdim etməkdə çətinilik çəkirlər.
Satıcılar deyir ki, heç bir sənədləri olmasa da, bazarın həkimi hər həftə yoxlayır. Həkimin turşuların keyfiyyəti ilə bağlı verdiyi sənədlərə baxmaq istəsək də, onu yerində tapa bilmədik.
Lakin paytaxtdakı bəzi bazarlarda isə keyfiyyət yoxlamasından keçən turşuları tapmaq mümkündür.
Satıcılar deyir ki, alıcıların əksəri keyfiyyətlə bağlı yoxlama sənədi ilə maraqlanmırlar. Alıcılar isə ümumiyyətlə, belə sənədin olduğundan xəbərsizdilər. Əksər alıcını maraqlandıran isə yalnız qiymətdir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirirlər ki, evdə hazırlanan turşular mütləq bazarlardakı baytarlıq laboratoriyalarında yoxlanandan sonra satışa çıxarılmalıdır. Bu qaydalara əməl etməyən satıcıları isə 200 manat cərimə gözləyir. Bazarlardan alınan turşularda zəhərlənmə halı baş verdikdə məsuliyyəti bazarın sahibi, baytarlıq laboratoriyası və satıcı daşıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm