Səhiyyə
Qidalardakı vitamin çatışmazlığının DƏHŞƏTLİ NƏTİCƏSİ: 1 milyon uşaq həyatını itirdi
Qidalarda vitamin və mineral çatışmazlığı hər il dünyada 5 yaşından kiçik 1 milyon uşağın ölümünə və təqribən 50 000 gənc qadının hamiləlik və doğuş zamanı həyatını itirməsinə səbəb olur.
Publika.az xəbər verir ki, bu fikirlər Səhiyyə Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən qidaların zənginləşdirilməsi mövzusuna həsr edilmiş dəyirmi masada səsləndirilib.
Müzakirələrin diqqət mərkəzində bu sahəyə aid qanunvericiliyin hazırlanması dayanıb.
Tədbir mikroqidalandırıcılarla zənginləşdirilməsi mümkün, vacib
bir məhsul olan unun məcburi zənginləşdirilməsinə imkan yaradan
tənzimləyici və işgüzar mühitin yaradılması istiqamətində regional
səylərin tərkib hissəsidir.
Unun zənginləşdirilməsi əhalinin sağlamlıq və məhsuldarlığının
artırılması üçün səmərəli, sınanmış bir strategiyadır.
UNICEF nümayəndəsinin müavini Min Yuan qeyd edib ki, dəmir çatışmazlığı bu problemdən əziyyət çəkən bir uşağın məktəbdə məhsuldarlığına olduqca ciddi təsir göstərir. Bu da son nəticədə, əhalinin məhsuldarlığına təsir edir. Ərzaq və qidalanma sistemlərində unun zənginləşdirilməsi kimi müvafiq dəyişikliklərin aparılması yolu ilə ana və uşağın optimal qida ilə təmin edilməsi yoxsulluğun nəsildən-nəslə keçməsinin aradan qaldırılmasında vacib bir rola malik ola bilər.
UNICEF açıqlamasında bildirilib ki, Kopenhagen Konsensusunda bir
qrup tanınmış iqtisadçı və səhiyyə mütəxəssisi gəldiyi qənaətə
görə, unun mikroqidalandırıcılarla zənginləşdirilməsi xərclərə
sosial fayda əmsalı üzrə ölçüldükdə, bütün dünyada əhalinin
həyatını yaxşılaşdırmaq üçün ən səmərəli mümkün müdaxilə
fəaliyyətlərindən biri olub:
“Mərkəzi və Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi (MŞA/MDB)
regionunda anemiya beş yaşından kiçik uşaqlar arasında əsas ictimai
sağlamlıq problemini təşkil edir. Qidada vitamin və mineral
çatışmazlığı insanları infeksiya və xəstəliklərə həssas vəziyyətə
gətirir. Dünyada bu cür çatışmazlıq hər il 5 yaşından kiçik 1
milyon uşağın ölümünə və təqribən 50 000 gənc qadının hamiləlik və
doğuş zamanı həyatını itirməsinə və ildə 200 000 ciddi anadangəlmə
qüsurlara şərait yaradır. Bir çox inkişaf etmiş ölkələrdə artıq
uğurla sınaqdan keçirilmiş bir təcrübə olan unun dəmir və fol
turşusu ilə zənginləşdirilməsi mikroqidalandırıcı çatışmazlığında
ciddi şəkildə azalmaya kömək edib. Məsələn, ABŞ, Kanada və Çilidə
məcburi olaraq fol turşusu ilə zənginləşdirmənin tətbiqindən sonra
ciddi anadangəlmə qüsurlar beş il ərzində üçdə birdən çox
azalıb”.
-
Qoroskop11:20
2025-ci ildə bu bürclər pulu özünə maqnit kimi çəkəcək
-
Sosial10:20
On bir milyonda bir - Təyyarə qorxusu ilə necə mübarizə aparmalı?
-
Yaxın Şərq09:40
PKK İsrail vasitəsilə ABŞ-la danışıq aparır: Türkiyəyə qarşı plan
-
Dünya08:00
Daha bir təyyarə son anda xilas oldu - 73 nəfər ÖLÜMDƏN DÖNDÜ
-
Qoroskop07:30
İlan ilində başımıza nələr gələcək? - Astroloq açıqladı/VİDEO
-
Magazin105:15
“Onlar sənəti aşağı salırlar” - VİDEO
-
MDB02:42
Lukaşenko 30 ildir ki, bu ətirdən istifadə edir - Qiyməti isə...
-
Maraq dünyası02:12
Alimlər bəyan etdilər: ən uzaq böyük qalaktika kəşf edildi