Səhiyyə
"6 nəfər xəstəxanalara yerləşdirilib, ölüm yoxdur" - Baş həkim
Mingəçevr İES-də baş vermiş qəza nəticəsində ölkədə yaranan fövqəladə vəziyyətlə bağlı təcili yardım briqadası 25 nəfərə ilkin yardım göstərərək onları vəziyyətdən çıxarıb.
Bunu Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib. Onun sözlərinə görə, ölkədə yaranan vəziyyətlə əlaqədar iki gündür təcili tibbi yardım birqadası gücləndirilmiş iş rejimində çalışır: "Adi qaydada təcili yardıma daxil olan zənglər əsasında əhaliyə yardım göstərilməsi normal şəkildə davam etdirilir. Bundan başqa ötən gün paytaxtın müxtəlif metrostansiyalarında tunellərdə qalan insanlara yardım etmək məqsədilə bir neçə təcili tibbi yardım birqadası metro çıxışlarına göndərilib. Metrostansiyalarının tunellərindən çıxarılan 25 nəfərə yardım olunub. Onlardan 19 nəfərə yerində yardım göstərilib. Digər 6 nəfər isə profilaktika məqsədilə yaxınlıqdakı xəstəxanalara aparılıb. Onların heç birinin vəziyyətində ağırlaşma olmayıb".
R.Nağıyev qeyd edib ki, xəstəxanaya aparılanlar içərisində azyaşlılar olmayıb: "Orta yaş qrupunda olan 6 nəfər xəstəxanaya yerləşdirilib. Ağır hal və ya ölüm olmayıb. Profilaktik nöqteyi-nəzərdən həmin şəxsləri həkim nəzarətinə vermişik. Onların bir neçəsi vəziyyətində olan problemlərlə dolayı digərlərinə nisbətən daha çox təsirləniblər. Əsasən nevroz diaqnozlu şəxslər daha çox diqqət cəlb edib. Bir neçəsi ağciyərində mövcud problemlərdən dolayı nəfəs almaqda çətinlik çəkib, onları da lazımı müəssisələrə çatdırmışıq. Bu o demək deyil ki, insanların səhhətində yaranan bu problemlər metroda yaşanan hadisə ilə əlaqədardır. Sadəcə olaraq ani qorxu və həyəcan insanları narahat edib. Bütün hallarda vəziyyət tibb işçiləri tərəfindən nəzarətdə saxlanılıb".
Könül
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO