Qəbələdə yanğında xəsarət alan ərəblər Bakıya gətirildi
Bizi izləyin

Səhiyyə

Qəbələdə yanğında xəsarət alan ərəblər Bakıya gətirildi

Qəbələ rayonunda kirayə yaşadıqları evdə baş verən yanğın zamanı xəsarət alan ərəblərdən ikisi Bakıda Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Bu barədə Publika.az-a Qəbələ Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilib ki, 1993-cü il təvəllüdlü Əlhəmidi Əhməd Adnan oğlu və 1989-cu il təvəllüdlü Əlhəmidi Nura Adnan qızı vəziyyətləri ağır olduğu üçün Bakıya göndərilib. Onlara bədənin üçüncü dərəcəli yanıq diaqnozu qoyulub.

Xəstəxanadan bildirilib ki, yanğın nəticəsində xəsarət alan digər 4 nəfərin vəziyyəti yaxşı olduğuna görə evə buraxılıb. Onlar da bu günlərdə Bakıya gələcəklər.

Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində turistlər - bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm