Rəşid Mahmudov əməliyyat olundu
Bizi izləyin

Səhiyyə

Rəşid Mahmudov əməliyyat olundu

Qarın boşluğunda yaranan ağrılar səbəbindən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilən Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov ötən gün əməliyyat olunub.

Publika.az Modern.az-a istinadən xəbər verir ki, bu haqda onun həmkarı, Tibb Universitetinin müəllimi Əli Əliyev bildirib:

"Dostumuz, kolleqam, layiqli ziyalımız Rəşid Mahmudovun səhhəti ictimaiyyəti ciddi narahat edir. Bu gün Rəşid müəllim əməliyyat olunub. Uğurlu keçib. Sabah mütləq özü ilə görüşəcəyəm. Durumu yaxşıdır. İnşallah qısa müddətdə bərpa olunacaq. Narahatlığa əsas yoxdur".

Hazırda reanimasiya şöbəsində olan 79 yaşlı R.Mahmudov mədəaltı vəzidən əməliyyat olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm