Səhiyyə
Səhiyyə Nazirliyindən "qızılca" ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda səpkili xəstəliklərə nəzarət edilir və bu günə qədər götürülən nümunələrdə qızılca və məxmərəyə yoluxma halları olmayıb.
Publika.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, qızılca və məxmərək xəstəlikləri yalnız laborator müayinələr əsasında təsdiq olunmalıdır:
“Hər hansı allergik səpkiyə "qızılca" demək olmaz. Biz daim səpkili xəstələrin laborator müayinəsinin aparılması, diaqnozun düzgün qoyulması üçün onlardan qan nümunəsi götürürük. Laborator müayinələr Taun Əleyhinə Stansiyada aparılır. Bu günə qədər həmin müayinə materaillarında qızılca və məxmərək virusları aşkarlanmayıb. Həmin müayinə materailları Moskvanın referens laboratoriyasına da göndərilir. Bununla da bizim laboratoriyamızın nəticələri və Azərbaycanda bu xəstəliklərin olmadığı təsdiqlənir”.
A.Əliyeva qeyd edib ki, Azərbaycan 2015-ci ildən qızılca, məxmərək xəstəliklərinin tam eliminasiya (ləğv edilmə) olunduğu ölkələr sırasındadır:
“Azərbaycanda nə yerli yoluxma, nə də gətirilmə halı yoxdur. Hazırda vəziyyət tam sabitdir, ölkədə bu viruslara bir yoluxma hadisəsi belə qeydə alınmayıb".
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı