Azərbaycana "donuz qripi"nə qarşı peyvənd gətirildi? - RƏSMİ
Bizi izləyin

Səhiyyə

Azərbaycana "donuz qripi"nə qarşı peyvənd gətirildi? - RƏSMİ

Azərbaycana "donuz qripi"nə (H1N1 virusu) qarşı peyvənd gətirilib. Bu barədə Sputnik Azərbaycan-a həkim-terapevt, hepatoloq Zaur Oruc məlumat verib.

Həkim bildirib ki, peyvənd Fransada Paster Kommersiya Cəmiyyətində istehsal olunub.

“Onun 6 aylıqdan 5 yaşadək olan uşaqlara vurulması tövsiyə edilir. Eyni zamanda, bu peyvəndi böyüklərə, eləcə də 65 yaşdan yuxarı insanlara da vurmaq olar. Ölkəmizdə peyvənd olunmağa böyük maraq müşahidə edilsə də, müraciət edənlərin sayı azdır. Bəziləri isə Gürcüstana getdikləri üçün peyvənd etdirmək istədiklərini bildirirlər. Peyvəndin qiyməti 38 manatdır”.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva Publika.az-a bildirib ki, dövlət sifarişi ilə belə H1N1 virusuna qarşı peyvəndlərin gətirilməsi barədə onlarda hər hansı məlumat yoxdur:

“Əgər bu virusa qarşı dövlət sifarişi əsasında peyvənd gətirilsəydi, Səhiyyə Nazirliyi bu barədə bizə məlumat verərdi. Ola bilər ki, peyvəndlər firmalar tərəfindən gətirilib. Bu barədə isə biz heç bir məlumat verə bilmərik”.

A.Əliyeva hazırda ölkədə bu virusa qarşı peyvəndin aparılmasına ehtiyac olub-olmadığına da aydınlıq gətirdi:

“Hazırda Azərbaycanda H1N1 virusuna qarşı peyvəndin aparılmasına ehtiyac yoxdur. Ehtiyac olduğu halda Səhiyyə Nazirliyi tərəfindən bu məsələyə baxılacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm