Səhiyyə
Bu havada hansı xəstələr küçəyə çıxmamalıdır? - Vəziyyət ağırlaşa bilər
Son günlər respublika ərazisində ifrat təhlükəli hava şəraiti ilə bağlı xəbərdarlıq yayılır. Verilən məlumatlara görə, küləyin sürəti bəzi saatlarda 33-35, hətta 38 m/saniyəyədək yüksələcək.
Bəs küləkli və soyuq hava hansı xəstələr üçün təhlükəlidir?
Publika.az xəbər verir ki, uşaqlar, yaşlılar, xroniki ağciyər, ürək, qan-damar sistemi, şəkər xəstələri soyuq havada risk altındadır.
Xüsusən də, ürək - damar sistemi və şəkər xəstələri diqqətli olmalıdır. Çünki soyuq hava damarlarda daralmaya səbəb olur. Ona görə də bu xəstələr üçün təhlükə bir az da artır.
Soyuq havada sinə və üz nahiyəsi soyuğa qarşı qalın geyimlərlə qorunmalıdır. Kardioloqlar soyuq havalarda ürək xəstələrinin məcbur qalmadıqları halda evdən çıxmamalarını tövsiyə edir. Buna məcbur qalsalar, o zaman sinə, ağız, burunlarını bağlamalıdırlar. Soyuq hava ürək ritminin pozulmasına və ani ölümlərə səbəb olur. Bu xəstəlikdən əziyyət çəkənlər küçəyə çıxarkən dərman qəbul etməlidirlər. Soyuq havada bədən temperaturu endiyindən spazm yaranır. Buna görə ürəyə yetərincə qan getmir və sinədə ağrılara səbəb olur.
Xüsusən, bu aylarda müşahidə edilən qrip və kəskin respirator virus xəstəlikləri ürək-damar, qan-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin vəziyyətini ağırlaşdıra bilir. Qrip həm də ağciyər xəstələri üçün də təhlükə yarada bilər. Ürək əməliyyatı keçirmiş şəxslər, şəkər xəstələri də bu aylarda qripdən qorunmaq üçün lazımı tədbirləri görməlidirlər.
Təbii ki, bu xəstəlikləri olmayan insanlar da soyuq havada ürək nahiyələrində ağrılar hiss edə bilər.
Soyuq havada odun yarmaq, küləyin istiqamətinin əksinə gəzmək, ürək nahiyəsinin soyuğa məruz qalması infarkt riskini artırır.
Soyuq və küləkli hava üzdəki sinirlərə də mənfi təsir göstərir, hətta üz iflicinə belə səbəb ola bilər.
Küləkli hava insanın enerjisini aşağı endirir. Küləyin sürəti 30m/saniyədən çoxdursa, bu zaman küçədə gəzsəniz, normadan 20 faiz daha çox enerji itirəcəksiniz. Ona görə də küləkli havada nisbətən hərəkət zamanı sürətinizi azaltmalısınız. Növbəli şəkildə gah üzünüz, gah da arxanız küləyə qarşı gəzsəniz, özünüzü daha yaxşı hiss edəksiniz.
Gülxar
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi