TƏBİB ölkədəki son vəziyyəti AÇIQLADI
Bizi izləyin

Səhiyyə

TƏBİB ölkədəki son vəziyyəti AÇIQLADI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 2-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 976 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 495 828 test aparılıb. Onlardan 18 684-nün cavabı pozitiv çıxıb. İndiyədək 228 nəfər COVID-19-dan dünyasını dəyişib, 10 425 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8 031 nəfərdir. 241 nəfər reanimasiyada, 51 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 572 yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib, 364 pasiyent sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm