“Maskalar insanlara pulsuz paylansın, ya da...” - Baş infeksionistdən TƏKLİF
Bizi izləyin

Səhiyyə

“Maskalar insanlara pulsuz paylansın, ya da...” - Baş infeksionistdən TƏKLİF

“Məsuliyyəti dərk edən, vəziyyətin ciddiliyini anlayan insanların hər biri məsuliyyətsiz şəxslərə qarşı ictimai qınaqdan istifadə etməlidir. Supermarketlərə və digər qapalı məkanlara girəndə görürük ki, insanların əksəriyyəti maskadan istifadə edir. Gənclərin bəziləri isə qaydalara məhəl qoymur və maskasız gəzirlər”.

Bu sözləri Publika.az-a danışan baş infeksionist Cəlal İsayev deyib.

O bildirib ki, karantin tədbirlərinə məsuliyyətsiz yanaşan şəxslərə yaxınlaşaraq vəziyyətin nə qədər ciddi olduğunu demək lazımdır:

“Onlara maskanı özləri üçün olmasa da yaxınları üçün taxmalı olduğunu deməliyik. Gənclərdə ola bilər ki, xəstəlik yüngül keçsin, ancaq yaşlı insanlarda bu ağır keçir. Hər kəs desə, həmin məsuliyyətsiz şəxslər də başa düşər ki, hamı onu qınayır və qaydalara əməl etməyi tələb edir. O da utanıb tələblərə riayət edəcək. Bu, mütləqdir. Bəzi insanlar var ki, onlar heç ictimai qınağa da baxmır. Deyirlər ki, “mən belə istəyirəm, belə gəzirəm”. Onlara qarşı inzibati tətbirlər tətbiq olunmalıdır”.

C.İsayev qeyd edib ki, maskasız şəxslər mağazlara girib alış-veriş etmək istəyirsə, onları içəri qoymamalı və qaydalara əməl etməyi tapşırmalıdırlar:

“Mağazada işləyən nəzarətçilər nəzarət etməlidirlər ki, maskasız şəxslər içəri girə bilməsin. Onlar maska taxdıqdan sonra içəriyə qoyulmalıdır. Mağazanın daxilində də nəzarətçilər var. İçəridə kim maska taxmırsa ona xəbərdarlıq edilməlidir. Mağazaların gündəlik xeyli mal dövriyyəsi olur. Mən təklif edərdim ki, sahibkarlar maskaları müştərilə pulsuz paylasın. Bu, bir növ onlara mesaj olar ki, maska çox vacib şərtdir və pulsuz paylanır.

Bundan əlavə, maska satışını həyata keçirən sahibkarlar qiyməti ucuzlaşdıra bilərlər. Türkiyə təcrübəsindən istifadə edərək pulsuz da vermək olar. Onlar ismarış göndərirdilər ki, pulsuz maska verilir, gəlib götürün. Bütün üsullardan istifadə edərək insanlara maskanın vacibliyini çatdırmaq lazımdır. Hamımız bir yerdə bu tələblərə əməl etsək yoluxma da azalar. Artıq karantin qaydaları bir qədər də sərtləşdirilib. Maskanın istifadəsinə xüsusi nəzarət ediləcək. Metronun və həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması infeksiyaya yoluxma hallarının azalmasına səbəb olacaq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm