TƏBİB aktiv koronavirus xəstələrinin sayını AÇIQLADI
Bizi izləyin

Səhiyyə

TƏBİB aktiv koronavirus xəstələrinin sayını AÇIQLADI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 7-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 7 102 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 529 875 test aparılıb. Onlardan 21 374-nün cavabı pozitiv çıxıb. İndiyədək 265 nəfər COVID-19-dan dünyasını dəyişib, 12 635 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8 474 nəfərdir. 334 nəfər reanimasiyada, 60 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 537 yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib, 453 pasiyent sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm