ŞAD XƏBƏR: Koronavirus vaksininin istehsalına başlanıldı
Bizi izləyin

Səhiyyə

ŞAD XƏBƏR: Koronavirus vaksininin istehsalına başlanıldı

Rusiyada koronavirus əleyhinə vaksinin istehsalına başlanılıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, vaksini F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanıb.

“N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinin istehsalına başlanılıb”, - məlumatda deyilir.

Qeyd edək ki, Rusiya avqustun 11-də dünyada ilk dəfə olaraq koronavirus vaksini qeydiyyatdan keçirib. O, “Sputnik V” adını alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm