TƏBİB reanimasiyada olan xəstələrin sayını açıqladı
Bizi izləyin

Səhiyyə

TƏBİB reanimasiyada olan xəstələrin sayını açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 17-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 5 153 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 836 908 test aparılıb. Onlardan 34 343-nün cavabı pozitiv çıxıb. İndiyədək 508 nəfər COVID-19-dan dünyasını dəyişib, 32 042 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1 793 əfərdir. 202 nəfər reanimasiyada, 31 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 124 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 167 pasiyent sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm