SON DƏQİQƏ: TƏBİB məlumat yaydı
Bizi izləyin

Səhiyyə

SON DƏQİQƏ: TƏBİB məlumat yaydı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 28-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6 014 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 904 506 test aparılıb. Onlardan 35 986-nın cavabı pozitiv çıxıb. İndiyədək 527 nəfər COVID-19-dan dünyasını dəyişib, 33 461 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1 998 nəfərdir. 141 nəfər reanimasiyada, 16 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 142 yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 97 pasiyent sağalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm