Səhiyyə
Baş tibb bacısından etiraz: "İynə, şpris tutmağı bacarmayan..."
5 saylı Şəhər Klinik Xəstəxananın Uşaq Yanıq Şöbəsinin böyük tibb bacısı vəzifədən çıxarılıb.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə şikayətçi Hümbətova Xatirə Abdulla qızı özü məlumat verib. Böyük tibb bacısı bu məsələdə bir başa xəstəxananın Baş həkimi Fazil Alməmmədovu ittiham edib:
"5 saylı Şəhər Klinik Xəstəxanada özbaşınalıq davam edir. Mən Uşaq Yanıq Şöbəsinin böyük tibb bacısıyam. Baş həkim Fazil Alməmmədov məni heç bir əsas olmadan vəzifəmdən azad edib. Hər şey şər-böhtan üzərindən başlayıb. Şöbəmin əməkdaşı ilə bağlı kadrlar şöbəsində çalışan Esmira xanıma narazılıq etdim. Həmin vaxt Baş həkimin Elvira adlı yaxın qohumu söhbətə kənardan kobud şəkildə müdaxilə etdi. Bundan sonra Baş həkim mənimlə bağlı ona şikayətlərin olduğunu və işi bacarmadığımı və vəzifəmdən uzaqlaşdırıldığımı bildirdi. Gah məndən tələb edirlər ki, işçilər işi bacarmadıqları halda raport yazım, gah da yazdığım raportları nəzərə almırlar. Konkret şəkildə özlərinin işə götürdükləri işçiləri əzizləyirlər”.
Xatirə Hümbətova deyir ki, əlində iynə, şpris tutmağı bacarmayan işçiyə xəstə verməyimi tələb edirlər:
"Onların müdafiə etdikləri konkret şəkildə özlərinin işə götürdükləridir. Köməkçim kimi çalışan Əliyeva Könül Nizami qızı isə deyir ki, "Esmira xanıma 1200 azn pul verib işə girmişəm, heç kim mənə heç nə deyə bilməz”. Bunlar hələ mənim dediyim cüzi şeylərdir”.
5 saylı Şəhər Klinik Xəstəxanadan isə bildiriblər ki, Xatirə Hümbətova həqiqətən böyük tibb bacısı vəzifəsindən çıxarılıb:
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI