Azərbaycanda yüzlərlə şəxs koronavirusa yoluxdu - XEYLİ SAYDA ÖLƏN VAR
Bizi izləyin

Səhiyyə

Azərbaycanda yüzlərlə şəxs koronavirusa yoluxdu - XEYLİ SAYDA ÖLƏN VAR

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb, 1322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 16 nəfər COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 225 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 212 120 nəfər müalicə olunaraq sağalıb, 2957 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 743 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8052, bu günə qədər isə ümumilikdə 2 287 959 test icra olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm