Belələri ilk növbədə xalqına xəyanət edir – Baş həkim
Bizi izləyin

Səhiyyə

Belələri ilk növbədə xalqına xəyanət edir – Baş həkim

“Virus daşıyıcısı ola-ola tibbi maska taxmamaq, sosial məsafə gözləməmək və məsuliyyətsizlik ilk növbədə özünə, dövlətinə və xalqına hörmətsizlik edir. Ona görə də bu cür şəxsləri cinayət məsuliyyətinə cəlb edirlər, cərimə eləmirlər”.

Bunu Publika.az-a açıqlamasında Yeni Günəşli 24 nömrəli birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Azər Məmmədov deyib. Baş həkim bildirib ki, koronalı xəstələrin karantini pozması, burada həmin şəxslərin ictimai məsuliyyət hiss etmələrinin vacibliyi ilə bağlı mütəmadi olaraq mediada maarifləndirici informasiyalar verilir:

“Hətta nazirdən tutmuş aidiyyəti qurumların rəhbərləri, TƏBİB dəfələrlə bu barədə danışıblar. Əgər bir şəxsin portalda adı yoxdursa, belə deyək, icazəsiz olaraq bayıra çıxıbsa, söhbət koronavirusa yoluxmuş şəxslərdən gedir, onları polis saxlayırsa, bu artıq cinayət məsuliyyətidir. Yəni, həmin şəxs artıq cinayət məsuliyyəti daşıyır”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm