Səhiyyə
Şahmar Mövsümov COVID-19 pasportunun şəklini paylaşdı - FOTO
Azərbaycan Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov COVID-19 pasportlarından biri olan vaksin sertifikatının şəklini öz tvitter səhifəsində paylaşıb.
“Pandemiyaya qalib gəlməyin və normal həyata mümkün qədər tez qayıtmağın yeganə yolu peyvənddir!”, - o yazıb.
Qeyd edək ki, COVID-19 pasportunun iki növü var. Bunlardan biri “COVID-19 vaksin sertifikatı”, digəri isə “COVID-19 immunitet sertifikatı”dır: “COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu gün COVID-19 pasportlarının əldə edilməsi qaydalarını açıqlayıb.
Qeyd edək ki, bu gün Operativ Qərargahın brifinqində açıqlanan məlumata əsasən, COVİD pasportu olan şəxslər idman-sağlamlıq mərkəzlərindən istifadə edə biləcəklər. COVID pasportu iki sertifikatdan ibarətdir. Birincisi, peyvəndləşmə sertifikatı, ikincisi isə immunitet (yoluxub sağalmış şəxslər) sertifikatıdır.
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial26 Dekabr 17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı