Qaxda dezinfeksiya işləri görüldü
Bizi izləyin

Səhiyyə

Qaxda dezinfeksiya işləri görüldü

COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Qax rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Qax şəhərində, eləcə də rayonun kəndlərində mütəmadi olaraq zəruri tədbirlər görülür.

Publika.az xəbər verir ki, avqustun 12-də Qax şəhərində növbəti kütləvi dezinfeksiya işləri həyata keçirilib. Şəhərin prospekt və küçələri, səkilər, park və meydanlar, yaşayış məhəllələri dezinfeksiyaedici maddələrlə yuyulub, çoxmənzilli binaların giriş blokları və pilləkənlər, ticarət, iaşə və digər obyektlərin, apteklərin giriş-çıxışları, bankomatların yerləşdiyi ərazilər təkrar dezinfeksiya olunub.

Eyni zamanda, rayon icra hakimiyyəti yanında yaradılan qərargahın üzvlərindən və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən rayon ərazisində karantin rejimi qaydalarının təmin olunması üçün gündəlik olaraq nəzarət tədbirləri həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm