COVID-19 əleyhinə YENİ DƏRMAN: virus yükünü 100 min dəfə azaldır
Bizi izləyin

Səhiyyə

COVID-19 əleyhinə YENİ DƏRMAN: virus yükünü 100 min dəfə azaldır

"Rusiyalı alimlər koronavirusu, o cümlədən onun delta variantını zərərsizləşdirə bilən dərman hazırlayıblar".

Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Engelhardt adına Molekulyar Biologiya İnstitutunun (IMB) direktoru Aleksandr Makarov məlumat verib.

O deyib ki, IMB mütəxəssislərinin digər tədqiqat qrupları ilə birlikdə hazırladığı dərman monoklonal anticisimlərə əsaslanır:

"COVID-19 əleyhinə antikorların təhlili üçün ilk test sistemlərindən biri bir il əvvəl icad edilib".

Makarov qeyd edib ki, yeni dərman SARS-CoV-2-ni, o cümlədən delta və qamma ştammlarını zərərsizləşdirəcək:

" Onun effektivliyi laboratoriya testlərində, o cümlədən heyvanlar üzərində sübut edilib. Tərkibindəki anticisimlərin dozası virus yükünü 100 min dəfə azaldır.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm