Sosial
Bu turşular təhlükəlidir - (VİDEO)
Ev şəraitində hazırlanan turşular bazarlarda satışa çıxarılır, özü də plastik qablarda...
Keyfiyyətli dedikləri turşu plastik qabdadır. Bu ikiqat təhlükəlidir. Çünki plastik qabların tərkibində zəhərli kimyəvi elementlər olur. Bu elementlər sirkə ilə reaksiyaya girəndə riskli tərkib yaranır.
Turşu plastik qabda, üstü açıq satılmamalıdır. Əllərə əlcək geyinilməlidir. Turşuya qoyulacaq tərəvəzlər təzə olmalı və təmiz yuyulmalıdır. Çünki zəhərlənməyə səbəb olan botulizm çöpləri xarab, kifli və natəmiz ərzaqlarda olur. Həmin mikroblar qapalı şəraitə düşən zaman çoxalır, nəticədə qış vaxtı turşu bankasından yediyiniz belə mikroblu tərəvəzlər dərhal ölümcül zəhərə çevrilə bilir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma şöbəsinin müdiri İmran Abdullayev deyir ki, evdə hazırlanan turşular mütləq bazarlardakı baytarlıq laboratoriyalarında yoxlanandan sonra satışa çıxarılmalıdır.
Getdiyimiz bazardakı baytarlıq-sanitariya-ekspertiza laboratoriyasına da baş çəkdik, amma orda heç kim yox idi.
Sonda xatırladaq ki, bazarlardan alınan turşularda zəhərlənmə halı baş verərsə, burda məsuliyyəti bazarın sahibi, baytarlıq labaratoriyası və satıcı daşıyır.
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ