Bakı məktəblərində niyə istilik yoxdur? - RƏSMİ
Bizi izləyin

Sosial

Bakı məktəblərində niyə istilik yoxdur? - RƏSMİ

Paytaxtda bəzi məktəblər lazımı səviyyədə istiliklə təmin edilmir.

Noyabrın 15-dən ölkə ərazisində qış rejiminə keçilsə də, bəzi ərazilərdə sakinlər hələ də isinə bilmir. Xüsusən də, mərkəzləşmiş istilik sisteminə qoşulan ərazilərdə problemlər yaşanır. Dolayısı ilə həmin ərazilərdə yerləşən məktəblərdə də istiliklə bağlı vəziyyət ürəkaçan deyil. Nəticədə paytaxtda bəzi məktəblər lazımı səviyyədə istiliklə təmin edilmir.

Faktı Publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də təsdiqləyiblər.

BŞTİ-dən verilən məlumatda bildirilir ki, ümumilikdə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəblərdə istilik təchizatı normaldır.

“Yalnız mərkəzləşmiş istilik sisteminə qoşulmuş bəzi məktəblər qazın təzyiqinin aşağı olması səbəbindən istiliklə lazımi səviyyədə təmin edilmir. Bununla bağlı müvafiq qurumlar tərəfindən zəruri tədbirlər görülməkdədir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm