Baş nazirin müavini: “Qəzalı binalarla bağlı təkliflər Prezidentə təqdim olunacaq”
Bizi izləyin

Sosial

Baş nazirin müavini: “Qəzalı binalarla bağlı təkliflər Prezidentə təqdim olunacaq”

Bakı şəhərində qaçqın və məcburi köçkünlərin yaşadığı 115 binanın qəzalı vəziyyətdədir.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qaçqın və məcburi köçkünlərin yaşadığı qəzalı vəziyyətdə olan binalarla bağlı məsələyə münasibət bildirib.

Publika.az xəbər verir ki, Ə.Həsənov hazırda Bakı şəhərində qaçqın və məcburi köçkünlərin yaşadığı 115 binanın qəzalı vəziyyətdə olduğunu söyləyib:

“Bəzən çıxışlarda qeyd olunur ki, onların problemi həll olunmur. Bakıda qaçqın və məcburi köçkünlərin yaşadığı 115 bina qəzalı vəziyyətdədir. Artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən 51 bina ilə bağlı rəy verilib. Bu binalarda hər an təhlükə baş verə bilər. Cənab Prezident həmişə qaçqın və məcburi köçkünlərin problemlərinə çox ciddi yanaşaraq, gündəlik bu problemlərlə məşğul olub. Mən 9 aylıq sosial-iqtisadi yekunlarla bağlı keçirilən iclasda bu məsələ ilə bağlı məlumat vermişəm. Prezident 51 qəzalı binada yaşayan qaçqın və məcburi köçkünün problemini həll etmək istiqamətində maliyyə naziri Samir Şərifova və mənə tapşırıq verib. Büdcə müzakirələrindən sonra təkliflər hazırlanacaq və Prezidentə təqdim edəcəyik”.

Ə.Həsənov qaçqın və məcburi köçkünlərin probleminin həlli ilə məqsədilə ayrılan vəsaitin çatışmaması ilə bağlı səslənən ittihamlara da toxunub:

“Mən bu cür fikirlərlə razılaşmıram. İdmana ayrılan pulların qaçqın və məcburi köçkünlərin problemə yönəldilməsi təklif olunur. Azərbaycanda beynəlxalq səviyyəli idman tədbirləri keçirilir və bu sahəyə də mütləq vəsait ayrılmalıdır. Biz qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün istənilən yerdən vəsait tapa bilərik. Siz də yaxın zamanlarda bunun şahidi olacaqsınız”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm