“Azəriqaz” gücləndirilmiş rejimdə işləyəcək
Bizi izləyin

Sosial

“Azəriqaz” gücləndirilmiş rejimdə işləyəcək

Sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “qaynar xətt”lərin fəaliyyəti gücləndiriləcək.

“Azəriqaz” İstehsalat Birliyi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə, 31 dekabr - 5 yanvar tarixində gücləndirilmiş iş rejimində işləyəcək.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək.

Sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “qaynar xətt”lərin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm