Turan İbrahimov yeni işində nə edəcək? - ATV-də köklü dəyişiklik
Bizi izləyin

Sosial

Turan İbrahimov yeni işində nə edəcək? - ATV-də köklü dəyişiklik

Departamentin strukturunun formalaşdırılması istiqamətində hazırda geniş tədbirlər görülür.

ATV-də "İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr" departamenti yaradılıb.

Publika.az-ın məlumatına görə, həmin departamentə tanınmış teleaparcı Turan İbrahimov rəhbərlik edəcək.

ATV-də "İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr" departamenti üst qurum rolunu oynayır.

Departament kanalın ümumi imicinin qorunmasından, yaradıcılıq prosesinin ictimai məsuliyyətliliklə həyata keçirilməsindən, effektiv ictimaiyyətlə əlaqələr qurulmasından tutmuş, xəbər siyasətinə qədər müxtəlif sahələrə nəzarət edəcək.

Hazırda kanalın iki xəbər mərkəzi fəaliyyət göstərir: ATV Xəbər və ATV Səhər

Yeni departament bir-birindən müstəqil fəaliyyət göstərən bu iki xəbər mərkəzlərinə də nəzarət edəcək və ümumi xəbər siyasətini koordinasiya edəcək. Departamentin strukturunun formalaşdırılması istiqamətində hazırda geniş tədbirlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm