Sosial
“Azərenerji” ASC işçi axtarır
“Azərenerji” ASC ixtisası və bilik səviyyəsi ölkə enerji sisteminin müasir texnologiyaların tələblərinə və idarəetmə prinsiplərinə cavab verən mütəxəssislərin müsabiqə əsasında işə qəbulunu keçirir.
Publika.az xəbər verir ki, bu barədə "Report"a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum hazırda 7 vəzifə üzrə işçi qəbulu elan edib: “Strateji Yol Xəritəsi”ndən irəli gələn vəzifə və funksiyaları keyfiyyətlə yerinə yetirmək məqsədilə qurumun idarə aparatında, eyni zamanda, tabe müəssisələrində kadr potensialının gücləndirilməsi və ehtiyat kadr bazasının yaradılması üzrə proses həyata keçirilir”.
Qeyd edək ki, hazırda “Azərenerji” mühəndis-proqramlaşdırıcı, insan resursları üzrə mütəxəssis, smeta üzrə mühəndis, planlama mühəndisi, layihəçi, memar və mühəndis-konstruktor axtarır. Vakansiyalarla “Azərenerji” ASC-nin yeni tərtib edilmiş rəsmi saytında tanış olmaq mümkündür.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ