Azərbaycanın ilk milli döyüş təyyarəsi hazırlandı - - FOTO/VİDEO
Bizi izləyin

Sosial

Azərbaycanın ilk milli döyüş təyyarəsi hazırlandı - - FOTO/VİDEO

Təyyarənin əsas özəlliyi radarlardan gizlənməsi və çevik manevr imkanlarının olmasıdır.

Azərbaycanın ilk milli hərbi döyüş təyyarəsinin dizaynı hazırlanıb.

Publika.az xəbər verir ki, azərbaycanlı dizayner Ramil Nəcəfov tərəfindən hazırlanan “Xəz-747” qırıcı təyyarəsi sosial şəbəkələrdə də insanlar tərəfindən böyük rəğbətlə qarşılanıb. Hətta, qardaş Türkiyədən olan sosial şəbəkə istifadəçiləri sözügedən təyyarənin hazırlanmasını Azərbaycanın Müdafiə Sənayesinin dünyada artan nüfuzu kimi qiymətləndiriblər.

İşğalçı Ermənistandan olan sosial şəbəkə istifadəçiləri isə bundan öz narahatlıqlarını nümayiş etdiriblər.

Təyyarənin əsas özəlliyi radarlardan gizlənməsi və çevik manevr imkanlarının olmasıdır.

Qeyd edək ki, Azərbaycanın ilk milli döyüş təyyarəsi sayılacaq “Xəz-747” hərbi təyinatli bombardmançı hərbi texnikadır. Təyyarə tək pilotdan və 2 mühərrikdən ibarətdir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm