• USD 1,7000 0,00% EUR 2,0390 -1,10%
    • GBP 2,3789 -0,67% RUB 0,0235 -0,43%

Sürüşmə sahələri aktivləşib

Sürüşmə sahələri aktivləşib

Respublikanın bir sıra sürüşmə sahələrində aktivlik yaranıb.

Publika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin açıqladığı məlumatlara görə, Bakı – Şamaxı avtomobil yolunun 106 – 111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü axma tipli sürüşmə hadisəsi, Bakı – Ağsu magistral avtomobil yolunun 132 – 156 –cı km-də sürüşmə sahəsində sürüşmə prosesi aktivləşib və nəticədə uçqun – töküntü hadisələri baş verib. Ərazidə bir neçə yerdə yeni lokal sürüşmə sahələri əmələ gəlib. Şamaxının Mədrəsə, Meysəri, Saqiyan, Qaravəlli, Muğanlı, Çuxuryurd – Qızmeydan avtomobil yolu sürüşmə sahəsinin dinamikasında aktivlik qeydə alınıb.

Astara rayonunda Kijəbə sürüşmə sahəsinin dinamikasında, Deqədi – Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-liyində mövcud uçqun və sürüşmə sahələrində aktivlik qeydə alınıb.

Bununla yanaşı Astarada Motlayataq və Miki sürüşmə sahələri atmosfer yağıntılarının təsirindən aktivləşib.

Lənkəran – Lerik yolunun 27 - 29, 45-47-ci km-liyi sürüşmə sahələrində uçqun - sürüşmə prosesinin dinamikasında nisbi aktivlik baş verib. Lənkəran - Lerik yolunun 17 – 19 –cu km-liyi sürüşmə sahəsi atmosfer çöküntülərinin təsirindən sürüşmə prosesinin dinamikasında aktivlik, bəzi lokal sahələrdə uçqun prosesi müşahidə olunub. Lənkəranda Horavenç və Gəgiran sürüşmə sahələrində atmosfer çöküntülərinin təsirindən aktivlik qeydə alınıb və bir neçə yerdə uçqun tipli sürüşmə sahəsi yaranıb. Masallıda Güllütəpə sürüşmə sahəsində nisbi aktivlik, Zuvand sürüşmə sahəsində isə mövsümi atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb. Cəlilabadda Sadatlı sürüşmə sahəsində də aktivlik müşahidə olunub. Cəlilabad – Cəngan – Soltankənd avtomobil yolunun 17-ci km-də və Çinar sürüşmə sahələri aktivləşib.

Daşkəsəndə Alunitdağ sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik baş verib. Xızı – Altıağac avtomobil yolunun 1-ci km-liyi sürüşmə sahəsində mövsümi atmosfer yağıntılarının təsirindən çatların ölçüləri artıb, bir neçə yerdə yerin lokal sahədə çökməsi müşahidə olunub. Siyəzəndə Sədan sürüşmə sahəsində də aktivləşmə qeydə alınıb.

Şabranda Baş Əmirxanlı, Surra və Qazbabalı sürüşmə sahələri aktivləşib. Quba – Xınalıq avtomobil yolunun 37 – 46-cı km-də sürüşmə sahəsində müşahidə reperlərinin üzərində aparılmış müşahidələrə əsasən prosesin aktivləşib. Quba - Qonaqkənd avtomobil yolunun 37 – 40-cı km-də sürüşmə sahəsi müşahidələr zamanı ərazidə nisbi aktivlik müşahidə olunub, yol boyu bir neçə yerdə uçqun prosesi əmələ gəlib.

Muğanlı – İsmayıllı avtomobil yolunun 2 – 11, 23 – 24, 27 – 29-cu km-liyində sürüşmə sahələri aktivləşib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR