Neftçalada ictimai müzakirə - Məmur-vətəndaş münasibətləri
Bizi izləyin

Sosial

Neftçalada ictimai müzakirə - Məmur-vətəndaş münasibətləri

Media və Mülki Cəmiyyət İctimai Birliyi Neftçalada ictimai müzakirə keçirdi.

Media və Mülki Cəmiyyət İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaşların müraciətlərinə baxılması istiqamətində sosial-hüquqi maarifləndirmə işinin təşkili" adlı layihəsi çərçivəsində Neftçala şəhərində “Məmur-vətəndaş münasibətlərinin mövcud vəziyyəti və problemlər” mövzusunda növbəti ictimai müzakirə keçirib.

Dövlət qulluqçuları, vətəndaşlar, QHT nümayəndələri və jurnalistlərin iştirak etdiyi ictimai müzakirədə vətəndaşların sosial hüquqi maariflənməsi, sosial hüquq pozmalarının qarşısının alınmasında, hüquqlarının qorunmasında vətəndaşlara yardım göstərilməsi və sosial-hüquqi maarifləndirmə-məlumatlandırma işinin təşkili yolları müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov həyata keçirdikləri layihədə Tədbiri giriş sözü ilə açan Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov həyata keçirdikləri layihədə Bakı şəhəri, Salyan və Neftçala rayonlarında vətəndaşların ərizə və müraciətlərinə baxılması vəziyyəti, vətəndaşlara sosial hüquqların təmin edilməsi məqsədilə hüquqi məsləhət xidmətlərinin göstərilməsi eləcə də, maarifləndirmə və məlumatlandırma tədbirlərinin təşkilinin nəzərdə tutulduğunu bildirib.

Layihə rəhbəri qeyd edib ki, vətəndaşların dövlətə münasibəti onu təmsil edən və onun adından çıxış edən rəsmi şəxslərin -məmurların davranışı əsasında formalaşır. Ancaq bununla yanaşı, vətəndaşın hər hansı bir hüququnun pozulması ilk növbədə onun öz hüququnu bilməməsi üzündən baş verir. Vətəndaş konstitusion hüquqlarının gerçəkləşməsi üçün cəhd göstərəndə, onun hüquqlarını heç kim pozmur.

"Mətbuatda məlumat verdiyimiz kimi layihə çərçivəsində sosial maarifləndirmə xidməti üzrə yaradılmış “Qaynar xətt” fəaliyyətini davam etdirir. Bu günə qədər “Qaynar xətt”in xidmətindən yararlanmaq üçün yüzə yaxın vətəndaş bizə yazılı və şifahi müraciətlər göndəriblər, zəng ediblər. Müraciətlərə uyğun olaraq layihənin hüquqşünası vətəndaşlara məsləhətlər verilmiş, praktik sosial-hüquqi yardım və digər xidmətlər göstərilmişdir. Artıq bir aydır ki, “Hüquqlarımızı bilək” sosial-hüquqi maarifləndirmə kampaniyası həyata keçiririk”-deyə layihə rəhbəri qeyd edib.

Mövzu ilə bağlı məruzə ilə çıxış edən hüquqşünas Mirəli Hüseynov bildirib ki, İnsan hüquq və azadlıqlarının təmin edilməsi və yaxşı idarəetməyə keçid son illərdə Azərbaycan dövlətinin əsas prioritet istiqamətlərini təşkil edir. Həyata keçirilən institusional islahatlar, korrupsiyaya qarşı mübarizə tədbirləri, qanunvericiliyin təkmilləşdiirlməsi vəs kimi çoxşaxəli tədbirlərin yeganə məqsədi ölkədə müasir standartlara cavab verən idarəetməni formalaşdırmaq, insan hüquq və azadlıqlarının təminatını gücləndirməkdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 27 aprel tarixli Sərəncamı ilə təsdiqedilmiş Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında şəffaflığın artırılması və açıq hökumətin təşviqi sahəsində bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Bunlar elektron xidmətlərin təkmilləşdirilməsi, iİnformasiya əldə edilməsinin təmin edilməsi, normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi və korrupsiyanın qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bizdə bu gün “ Elektron Azərbaycan” Dövlət Proqramı gerçəkləşməkdədir. Bu proqram birbaşa məmur-vətəndaş münasibətlərini elektron münasibətlərə çevirir. Elektron münasibətlər isə keçmişdəki vaxt itkisini, təmənnalığı aradan qaldırır. Tədbirdə Neftçala rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Fərid Əhmədov öz çışında qeyd edib ki, məmur vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması cənab Prezidentin diqqət verdiyi mühüm məsələlərdəndir. Məmur-vətəndaş münasibətlərinin qanunun tələbinə uyğun şəkildə olmasının vacibliyi barədə ölkə Prezidenti İlham Əlievin kəskin çıxışları olub. Məmurlara xalqla münasibətə, vətəndaşların müraciətlərinə biganə qalmamağı tapşıran ölkə Prezidentinin bu çıxışı vətəndaşlar tərəfindən razılıqla qarşılanır.

Digər çıxışçılar da öz çıxışlarında məmur-vətəndaş münasibətlərinin mövcud durumu və problemlərindən söz açıblar. Onlar qeyd ediblər ki, məmurların qarşısında duran vəzifə insanların problemlərinin həllinə yardım və xidmət göstərməkdən ibarətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm