Sosial
Karyeraya “Nədən və Necə başlamalı?”
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkədə təhsilin və tələbələrin inkişafına dəstəyini davam etdirir. Mütəmadi olaraq tələbələr üçün təlimlər təşkil edən Mərkəz bu dəfə “Nədən və Necə başlamalı?” şüarı altında görüş keçirib. Azercell Telekom və PAŞA Bankın dəstəyilə Bakı Dövlət Universitetində yaradılmış “Barama Media Mərkəzi”ndə 13 İyunda baş tutan görüşdə “Avto Stop Media” şirkətinin qurucusu və eyni zamanda Azərbaycanda bir çox radio layihələrin rəhbəri Tural Yusifov və “Technote Media”nın gənc yaradıcısı, həmçinin IT sahəsi üzrə geniş təcrübəsi olan Fərid Pərdəşünas tələbələrin qonağı olub. Görüşün məqsədi gənc tələbələrin hələ universitet dönəmindən yaradıcılıq, karyeraya başlamalarına dəstək olmaq, onlar arasında cəmiyyətə faydalı, yüksək iş həyatının qurulmasını təbliğ etmək idi. Ölkənin bir çox universitet tələbələrinin iştirak etdiyi tədbirdə interaktiv diskussiya formatında aktiv müzakirələr keçirilib.
Qeyd edək ki, BDU-nun Jurnalistika fakültəsində yaradılan Barama
Media Mərkəzinin əsas məqsədi gənclərin innovativ ideyalarını
reallaşdırmaqda onlara dəstək vermək, media mövzusunda təlim və
seminarlar, maraqlı görüşlər təşkil etmək, universitetin digər
fakültələrində təhsil alan tələbələr üçün Barama Media Mərkəzində
layihələrin təqdim edilməsinə imkan yaratmaqdır.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR