Sosial
Əli Əhmədovdan sahibkarlara XƏBƏRDARLIQ
Azərbaycan hökuməti çalışır ki, vətəndaşların pensiya hüquqları indidən pozulmasın. Vətəndaşlar gələcəkdə onlara düşməli olan pensiyanı ala bilsinlər.
Bunu Baş nazirin müavini Əli Əhmədov Sumqayıtda sahibkarlarla görüşdə deyib.
Ə.Əhmədov bildirib ki, sahibkarlarla görüşün məqsədi də ondan ibarətdir ki, müzakirələr aparıb bu vəziyyətin aradan qaldırılması üçün tədbirlər görülsün:
“Əks halda, gələcəkdə vəziyyət belə olacaq. Siz bu gün işlədib sosial ödənişlərini ödəmədiyiniz insanları gələcəkdə dövlət sizin üzərinizə göndərəcək ki, vaxtında onların pensiya haqqını ödəməmisiniz. Onda bu şəxslər sizi məhkəməyə verəcək. Belə olan halda çox gərgin vəziyyət yaranacaq. Ona görə də dövlət çalışır ki, indidən bu problemlərin qarşısını alsın. Hökumətin istəyi və tələbi ondan ibarətdir ki, sahibkarlar çalışdırdığı insanların əmək hüquqlarını tam təmin etsinlər, həm bu günkü haqlarını, həm də gələcəkdə istifadə etməli olduqları pensiya hüquqlarını təmin etsinlər”. (trend)
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı