Sosial
Dövlət qulluqçuları əsasən hansı vəzifələrdə çalışır?
2017-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycandakı dövlət qulluqçularının sayı 30 090 nəfər olub və onların 28,6 faizini qadınlar təşkil edib.
Publika.az Trend-ə istinadən bildirir ki, dövlət qulluqçularının 4 faizi inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 76,2 faizi 4-7-ci təsnifatları üzrə və 19,8 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.
Dövlət qulluqçularının 8,1 faizi 1 ilə qədər, 27,4 faizi 1 ildən 5 ilə qədər, 20,9 faizi 5 ildən 10 ilə qədər, 16,8 faizi 10 ildən 15 ilə qədər, 26,8 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Bununla yanaşı, dövlət qulluqçulannın yaş qrupları üzrə bölgüsünə uyğun olaraq, 30 yaşa qədər olanlar 18,5 faiz, 30-34 yaşda 15,2 faiz, 35-44 yaşda 22,1 faiz, 45-54 yaşda 23,2 faiz, 55-62 yaşda 17,7 faiz, 63-64 yaşda 2,1 faiz və 65 və yuxarı yaşda olan dövlət qulluqçuları dövlət qulluqçularının ümumi sayının 1,2 faizini təşkil edir.
4-7-ci təsnifatlar üzrə inzibatı vəzifələrdə çalışanların 1,1 faizini yerli icra hakimiyyəti başçısının müavinləri, 14,6 faizini şöbə müdirləri, 11,1 faizini şöbə müdirinin müavinləri, 8,2 faizini sektor müdirləri, 25,7 faizini baş məsləhətçilər, 5,2 faizini böyük məsləhətçilər, 12,8 faizini aparıcı məsləhətçilər və 21,3 faizini məsləhətçilər təşkil edib.
Dövlət qulluqçularının ölkə üzrə orta aylıq əmək haqqı 2016-cı ildə 634,3 manat olub.
-
Magazin119:36
Azərbaycanlı modelin fotosu “Times”da - VİDEO
-
Avropa19:12
İspaniya kralı Valensiyada palçığa qərq oldu - VİDEO
-
Hadisə18:48
Mingəçevirdən ACI XƏBƏR - Ölənlərin sayı artdı (YENİLƏNDİ)
-
Magazin118:36
Pərviz Bülbülə duet ortağı ilə deyişdi: "Kaş əvvəlki Türkan ola..." - VİDEO
-
Nəqliyyat18:24
Azərbaycanda yüksək vəzifəyə YENİ TƏYİNAT
-
Magazin117:07
"Hərdən yüngülcə qalxan əl..." - Elşad Xosedən qadına şiddətlə bağlı şok sözlər
-
Dünya15:55
Tələbə qız etiraz əlaməti olaraq universitetdə soyundu - VİDEO
-
Hadisə14:35
Nərimanovdakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ