Astara işıqsız qaldı, 75 ailə təxliyə edildi
Bizi izləyin

Sosial

Astara işıqsız qaldı, 75 ailə təxliyə edildi

Oktyabrın 2-dən yağan intensiv yağışlar Astarada 83 yaşayış məntəqəsini işıqsız qoyub.

Bu barədə Publika.az-a Rayonun İnformasiya təminatı və təhlil sektorunun müdiri Səfail Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu gün səhər saatlarına qədər yağan yağış səbəbindən həyətləri su basıb, yollar, körpülər dağılıb:

“Evlərinin zirzəmisi, birinci mərtəbəsi su ilə dolan təxminən 75 ailə təxliyə edilib. Həmin məntəqələrin sudan təmizlənməsi üçün ərazidə iş aparılır. Astara çayı ilə həmsərhəd olan Rudəkənar, Məscidməhəllə, Qapıçıməhəllə kəndlərində subasma olub. Bəzi kəndlərdə elektrik enerjisinin verilişi bərpa edilsə də, bəzi kəndlərdə problem qalıb.
Zingüləş, Ovala kəndlərində çay üzərində olan körpüləri su aparıb. Bu kəndlərlə əlaqə kəsilib. Pensər çayının daşması nəticəsində Şağladüzə kəndi ərazisində avtomobil yolunun 30 metr ərazisini su yuyub”.

S.Məmmədov onu da bildirib ki, hazırda sürüşmə sahələrindəki aktivləşmə barədə vətəndaşlardan müraciət daxil olmasa da, yağışlar səbəbindən sürüşmə sahələrinin aktivləşməsi gözlənilir:

“Deqədi-Pəlikəş avtomobil yolunda 17 yerdə torpaq sürüşməsi baş verib. Digər sahələrdə də sürüşmə baş verə bilər”.

Şöbə müdiri hazırda rayon icra hakimiyyəti başçısı və əməkdaşlarının ərazilərdə olduğunu deyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm