Sosial
Azərbaycanda İNSTAQRAM DƏLƏDUZLUĞU - Ehtiyatlı olun!
“Bu adam onlarla desəm az olar, bəlkə də yüzlərlə insana qarşı dələduzluq edib”.
Emil Əmiraslanov sosial şəbəkə istifadəçilərini diqqətli olmağa çağırıb. O, qardaşının başına gələnləri başqalarının yaşamasını istəmir. Belə ki, Emil Əmiraslanovun ailə üzvü dələduzluğun qurbanı olub. Onun qardaşı Əli Əmiraslanov İnstagram səhifəsini satın almaq üçün özünü Ramin İsmayılov kimi təqdim edən şəxslə elektron poçt vasitəsilə əlaqə saxlayıb.
“Qardaşıma deyib ki, pulu İsmayılov Ramin Musa oğlunun adına göndər, mən Bərdədə götürəcəyəm. Bundan sonra Əliyə Gmail ünvanını və şifrəni verəcəyini bildirib”, – Emil deyir.
Ə.Əmiraslanov Ramin adlı şəxsin dediyi kimi edib. Lakin həmin şəxs vədinə əməl etməyib. Pul göndərildikdən sonra o, Əli Əmiraslanovun mobil nömrəsini bloklayıb. Başqa bir nömrə ilə əlaqə saxlanılsa da Əmiraslanov R.İsmayılov tərəfindən təhqir edilib.
Bərdədə yaşadığını dediyi üçün zərərçəkmiş rayonun Baş Polis İdarəsinə zəng vurub və şikayətini bildirib. İdarədən məsələdən xəbərdar olduqlarını bildiriblər. Həmçinin həmin şəxs barədə dəfələrlə idarəyə müraciət edildiyi söylənilib. İdarədən eyni zamanda bildirilib ki, vətəndaşlar diqqətli olsunlar. (bizimyol)
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya2 May 17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa2 May 17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!