“ASAN xidmət”ə 21 milyonuncu müraciət
Bizi izləyin

Sosial

“ASAN xidmət”ə 21 milyonuncu müraciət

"ASAN xidmət”ə 21 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynovun Publika.az-a verdiyi məlumata görə, bu müraciətin sahibi Xaçmaz şəhər sakini Şahvar Yusufov olub. O, Xaçmaz şəhərində Səyyar ASAN xidmətə müraciət edərək ASAN qatarda Ədliyyə Nazirliyinin notariat xidmətindən yararlanıb.

21 milyonuncu müraciətin sahibi kimi Şahvar Yusufov təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. Bundan başqa regionlarda 10 Səyyar ASAN xidmət avtobusu və Səyyar ASAN qatar vasitəsi ilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm