“Təmiz Şəhər” qanvermə aksiyası keçirdi
Bizi izləyin

Sosial

“Təmiz Şəhər” qanvermə aksiyası keçirdi

“Təmiz Şəhər” ASC Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramına dəstək məqsədilə qanvermə aksiyası keçirib.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 24-də Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun inzibati binasında keçirilən aksiyada “Təmiz Şəhər” ASC-nin 100-ə yaxın əməkdaşı qan verərək talassemiyadan və hemofiliyadan əziyyət çəkən şəxslərə dəstək olublar.

Aksiyada Balaxanı Sənaye Parkının rezidentləri kimi fəaliyyət göstərən müəssisələrin əməkdaşları da iştirak edib.

“Təmiz Şəhər” ASC hər il “Talassemiyasız həyat naminə” proqramına qoşulur və qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm