Sosial
Qüdrət Həsənquliyev: "Əlilləri evlə təmin edə bilmiriksə, onda..."
“Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı qanunlar qəbul edərkən onların maliyyə təminatı barədə də bizə məlumat verilməlidir”.
Publika.az xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı çıxışında bildirib.
Millət vəkili onu da vurğulayıb ki, bu məqamın açıq şəkildə göstərilməməsi problemlərə səbəb olur: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında göstərilib ki, ölkədə 620 min əlil var, onların 72 mini 18 yaşa qədər olan uşaqlardır. 2014-2018-ci illərdə əlillələrin mənzil təminatı ilə bağlı Prezident sərəncam imzalayıb. 2018-ci ilin sonuna qədər 5731 əlilin mənzil təminatı həll olmalı idi. Dövlətin bu əlilləri ən azı ağlabatan müddətdə evlə təmin etmək imkanı yoxdursa, o zaman biz bu qanunu niyə qəbul edirik? 5731 nəfərdən neçəsi evlə təmin edilib? Xahiş edirəm nazir müavini bu barədə məlumat versin. Nazirliyin saytında bu, rayonlar üzrə qeyd edilib. Mən Zərdab rayonu üzrə rəqəmlərə baxdım. Məlum oldu ki, ötən il 67 nəfər ev növbəsinə durub, cəmi 7 nəfər evlə təmin edilib. Bu hüququ onlara verib evlə təmin etməyəcəyiksə, həmin şəxsləri dövlət orqanlarının qapısında qoymağa ixtiyarımız yoxdur. Bu tipli qanunlar müzakirəyə çıxarılarkən əlillərin sayı, onların mənzillə təminatı üçün hansı işlər görüləcəyi barədə məlumat verilsin”.
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi