• USD 1,7000 0,00% EUR 2,0390 -1,10%
    • GBP 2,3789 -0,67% RUB 0,0235 -0,43%

MİDA və IDEA İctimai Birliyi ağacəkmə aksiyası keçirdi - FOTO

  • Sosial
  • 5 May 2018 22:00
  • 606 Baxış
MİDA və IDEA İctimai Birliyi ağacəkmə aksiyası keçirdi - FOTO

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) IDEA İctimai Birliyi ilə birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib.

MİDA-dan Publika.az-a verilən məlumata görə, aksiya agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin birinci məhəlləsinin ərazisində təşkil olunub.

Aksiya zamanı ərazidə Eldar şamı, çinar, zeytun ağacları və bəzək kollarından ibarət yüzdən çox bitki əkilib, onlara qulluq göstərilib, yaşıllıq zonasının sahəsində təmizlik və abadlaşdırılma işləri aparılıb.

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi Xarici dairəvi avtomobil yolunun kənarında yerləşir. Ümumi sahəsi 11,6 hektar olan Kompleksin yerləşdiyi ərazi ekoloji cəhətdən sağlam və təmizdir. Əraziyə bitişik 5 hektara yaxın yaşıllıq zonası mövcuddur. Bununla yanaşı, layihələndirmə zamanı ərazinin yaşıllaşdırılmasına xüsusilə diqqət yetirilib. Azərbaycan Dövlət Tikinti Normalarına əsasən, yaşayış binalarının tikinti altı sahəsi ümumi ərazinin 40%-nə qədər olan hissəsini əhatə edə bilər. Yasamal Yaşayış Kompleksində isə bu göstəricinin 25 %-ə yaxın olması şəhərciyin ərazisində geniş həyətlərin, yaşıllıq zonalarının, həmçinin uşaq meydançalarının və stadionun salınmasına şərait yaradır. Bununla yanaşı, sakinlər üçün istirahət guşələrinin yaradılması, uşaqların əylənməsi üçün müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR