Sosial
Prokurorluğa işə qəbulla bağlı yazılı imtahanın vaxtı açıqlandı
Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçiriləcəyi vaxtı açıqlayıb.
Prokurorluqdan Publika.az-a verilən məlumatda bildirilir ki, Prokurorluq orqanlarına işə qəbulun aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında beynəlxalq tələblər səviyyəsində aparılmasını təmin edən Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin yazılı imtahan mərhələsi 8 iyun 2018-ci il tarixdə saat 10:00-dan başlayaraq 4 saat müddətində Bakı İdman Sarayında (ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 26A) keçiriləcək.
İmtahanı müşahidə etmək üçün müvafiq dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri də dəvət ediləcəklər.
Yazılı imtahana buraxılmış namizədlər “Yazılı imtahana buraxılış
vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda
iştirak edə bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair
məlumat “Yaddaş kitabçası”nda əks etdirilib.
Namizədlər “Yazılı imtahana buraxılış vərəqəsi”ni və “Yaddaş
kitabçası”nı 4 və 5 iyun 2018-ci il tarixlərdə saat 10:00-dan
18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Baş Prokurorluğun
inzibati binasının qəbul otağında (ünvan: Bakı şəhəri, N.Rəfibəyli
küçəsi, 7) ala bilərlər.
İmtahanla bağlı ətraflı məlumat almaq üçün 437-28-56, 492-06-82, 492-74-32 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO