"Azərsu" - Sabahdan əhali su ilə fasiləsiz təmin olunacaq
Bizi izləyin

Sosial

"Azərsu" - Sabahdan əhali su ilə fasiləsiz təmin olunacaq

"Yasamal, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai, Suraxanı, Sabunçu və Binəqədi rayonlarında hətta çoxmərtəbəl binalara da suyun verilməsi təmin edilib".

Bu barədə özəl olaraq Publika.az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, Bakının əksər ərazilərinə suyun verilişi təmin olunub: "Kür və Ceyranbatan sutəmizləyici qurğular tam gücü ilə fəaliyyətini bərpa edib. Demək olar ki, vəziyyət stabilləşib, həm Kür, həm Ceyranbatan, həm də Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə tam həcmdə su gəlir. Bir çox ərazilərdə isə bu gün səhər saatlarından etibarən suyun verilməsi təmin olunub. Çoxmərtəbəli binalara da suyun verilməsi təmin edilib. Ola bilər ki, qismən təzyiq az olsun, yüngül problemlər olsun. Amma biz suyun verilməsində artıq stabillik əldə etmişik və günün ikinci yarısına tam stabillik əldə olunacaq. Artıq sabahdan suyun rejimlə verilməsini təmin etməyə çalışacayıq. Yəni, həm anbarlara suyun tam həcmdə doldurulması, həm də lazımi təzyiqlərin alınması sabah mümkün olacaq. Heç bir fövqalədə hal baş verməzsə, sabahdan etibarən əhali fasiləsiz su ilə təmin olunacaq".

A.Cəbrayıllı ötən gün ilə müqayisədə bu gün daha çox ərazinin içməli su ilə təmin olunduğunu bildirib: "Bu gün suyun təchizatında xeyli stabillik var. Dünən su ilə təmin olunmayan əksər abonentlərə bu gün su verilişi bərpa olunub. Artıq ehtiyat tədbirləri də görülür. Axşam saatlarına qədər Yeni Günəşli, Köhnə Günəşli qəsəbələri, Xətai, Sabunçu və Binəqədinin su almayan ərazilərini su ilə təmin etmək məqsədilə bütün anbarlar su ilə doldurulur".

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm