“Media: dini radikalizmlə mübarizə” mövzusunda konfrans keçirildi - - FOTOLAR
Bizi izləyin

Sosial

“Media: dini radikalizmlə mübarizə” mövzusunda konfrans keçirildi - - FOTOLAR

22 iyul – Milli Mətbuat Günü münasibətilə bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda “Media: dini radikalizmlə mübarizə” mövzusunda konfrans keçirilib.

Publika.az xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, media təmsilçiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dini radikal qruplara qarşı ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın rolundan danışıb.

Digər çıxışlardan sonra konfransda dini radikalizmə qarşı mübarizə, milli mənəvi, o cümlədən dini dəyərlərimizin, multikultural və tolerant ənənələrimizin qorunması və təbliği istiqamətində KİV-lərin üzərinə düşən vəzifələr barədə müzakirələr aparılıb.

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm