• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Nigar Məmmədovaya YÜKSƏK VƏZİFƏ VERİLDİ

  • Sosial
  • 2 Oktyabr 2018 11:30
  • 4 247 Baxış
Nigar Məmmədovaya YÜKSƏK VƏZİFƏ VERİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protokol sektorunun müdiri təyin olunub.

Publika.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən, Məmmədova Nigar Fikrət qızı nazirliyin Protokol sektorunun müdiri vəzifəsinə təyin olunub.

N.Məmmədova Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsili alıb. Əmək fəaliyyətinə 2001-ci ildə Vergilər Nazirliyində başlayıb. Beynəlxalq vergi münasibətləri idarəsində müxtəlif vəzifələrdə, 2003-2014-cü illərdə Vergilər Nazirliyin Protokol şöbəsinin rəisi vəzifəsində çalışıb, vergi xidməti müşaviri rütbəsinə yüksəlib.

MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya şurasının, Avropadaxili Vergi Administrasiyalarının Təşkilatı (İOTA) iclaslarının, digər beynəlxalq səviyyəli tədbirlərin, habelə Azərbaycan və Litva Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın tədbirlərinin təşkilatçısı olub, Vergilər Nazirliyinin Tədris Mərkəzində mühazirələr oxuyub.

Azərbaycan Prezidentinin 11 fevral 2010-cu il tarixli 738 saylı Sərəncamı ilə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” yubiley medalı ilə təltif edilib.

Ailəlidir, iki övladı var.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR