Sosial
Azərbaycanlılar vizasız neçə ölkəyə gedə bilər? - Yeni REYTİNQ AÇIQLANDI
Dünya ölkələri vətəndaşlarının digər dövlətlərə vizasız giriş prinsipi üzrə illik təsnifatının hazırlanması ilə məşğul olan "Passport Index" pasportların növbəti reytinqini açıqlayıb.
Azərbaycan reytinq siyahısında ötən illə müqayisədə 5 pillə irəliləyərək 65-ci yerdən 60-cı yerə yüksəlib. Belə ki, 2017-ci ildə Azərbaycan vətəndaşları 63 ölkəyə vizasız səyahət edə bildikləri halda, bu il onları sayı 71-ə çatıb. Azərbaycan 60-cı yeri Namibiya, Keniya və Kuba ilə bölüşür.
Reytinqə görə sıravi Azərbaycan vətəndaşları 34 ölkəyə vətəndaşlıq pasportu ilə gedə bilirlər. Digər 37 ölkənin isə sərhədində Azərbaycan vətəndaşlarına avtomatik viza verilir ki, bu da faktiki olaraq bu ölkələrə getmək üçün əvvəlcədən viza almaq tələb etmir.
Qonşu dövlətlərdən Rusiya 38 (116 ölkə), Gürcüstan və Türkiyə 39 (hər ikisində 115 ölkə), Ermənistan 63 (68 ölkə), İran isə 87-ci yerdə (42 ölkə) mövqe tutub.(Report)
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 10 May 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”